"Neftçi"nin legioneri: "Komandada inam daha da çoxalıb"


"İlk matçdan sonra komanda özünü rahat, yaxşı hiss edir. İnam daha da çoxalıb".


Bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Belçikalı yarımmüdafiəıçi bildirib ki, ilk matçda məğlubiyyətə layiq deyildilər: "Özümüzə güvənirik. İnanırıq ki, sabah yaxşı nəticə qazanacağıq".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu