Putin iclas keçirdi, sərhəddəki gərginlik müzakirə olundu


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

“İclasın gedişində iştirakçılar Rusiyanın sosial-iqtisadi inkişafının aktual məsələlərini müzakirə etdilər. Bundan əlavə, beynəlxalq gündəmin aktual məsələlərinə, o cümlədən Əfqanıstandakı vəziyyətlə yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunuldu”, - deyə Peskov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu