5 540 şəhid ailəsi üzvünə vəsiqə təqdim olunub


Son 6 ay ərzində 5 540 şəhid ailəsi üzvünə şəhidlik vəsiqəsi təqdim olunub.


AFN xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2021-ci ilin ilk yarısının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qeyd olunan dövrdə sanatoriyalara göndəriş verilib. İyul ayının ilk həftəsində şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdən ibarət 63 nəfər Naxçıvan MR-da yerləşən sanatoriyalara göndərilib. Avqustun 2-də isə daha 71 nəfər Naxçıvanda sanatoriya-kurort mərkəzlərinə göndəriləcək. 6 ay ərzində ümumilikdə 179 nəfər belə göndərişlərlə təmin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu