Xaçmazda 34 yaşlı qadın əri tərəfindən qətlə yetirilib - YENİLƏNİB


Xaçmazda qətl hadisəsi baş verib.


34 yaşlı Könül Nadir qızı Bayramova bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni Könül Bayramovanın həyat yoldaşı, 46 yaşlı Mübariz Mirzəbəyovun törətdiyi məlum olub. M. Mirzəbəyov saxlanılıb.

Qətlin ailə münaqişəsi zaminində baş verdiyi bildirilir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.(APA)

***

Xaçmazda dəmir yolu vağzalı ərazisində qadın meyiti tapılıb.


1987-ci il təvəllüdlü Könül Nadir qızı Bayramova olduğu məlum olub.

Onun döş qəfəsinə və sağ qoluna bir neçə xəsarət yetirildiyi bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu