UEFA Avropa Superliqası ilə bağlı məhkəməni uduzdu


UEFA Avropa Superliqasının təşkili ilə bağlı məhkəməni uduzub.


Bu barədə "Real", "Barselona" və "Yuventus"un birgə yaydığı açıqlamada bildirilib.

UEFA-nın məhkəməni uduzduğu üçün təsisçi klublara qarşı sanksiyaları ləğv etmək məcburiyyətində qaldığı vurğulanıb. Açıqlamada məhkəmənin 3 klubla bağlı intizam işinə son qoyulmasına, həmçinin digər 9 kluba tətbiq edilən cərimə və məhdudiyyətlərinin ləğv edildiyi bildirilib.

Bundan başqa, üç klub UEFA-nın Avropa futbolundakı inhisarçılığının oyuna zərər verdiyini və Superliqa layihəsinə sadiq qaldıqlarını qeyd ediblər. Klublar iştirak etdikləri turnirləri idarə etmək hüququna sahib olduqlarını da bildiriblər.

Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klublar turnirdən imtina ediblər.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu