Bərdədə azyaşlı qızı zorlayan şəxs həbs edilib - DİN-dən təfərrüatla bağlı açıqlama


Sosial şəbəkələrdə Bərdə şəhərində azyaşlı qızın öz qonşusu tərəfindən zorlanmasıyla bağlı məlumat yayılıb. İddiaya görə, ata bununla bağlı polisə dəfələrlə müraciət etsə də, məsələ araşdırılmayıb. Azyaşlı qıza təcavüz edənlərin onu şantaj etdiyi də iddia edilir. Hətta yeniyətməyə narkotik maddənin də vurulduğu yayılan məlumatda qeyd olunur. Həmçinin, onun bir neçə başqa şəxslərlə də cinsi əlaqəyə məcbur edilməsi vurğulanır.


Məsələyə Daxili İşlər Nazirliyi münasibət bildirib. DİN Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sosial şəbəkələrdə azyaşlı qızın zorlanması və bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "12.06.2021-ci il tarixində Bərdə şəhər Cumalar kənd sakini C.B. saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmadığını və itkin düşdüyü barədə məlumat verib. Dərhal məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gələrək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşərək paytaxt istiqamətinə gedib".

DİN-in açıqlamasına görə, həmin şəxs Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq 15.06.2021-ci il tarixində ailəsinə təhvil verilib: "Daha sonra 16.06.2021-ci il tarixində C.B. yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqust ayında həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib. Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında həqiqətən də bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini olan həmin şəxs Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir".

"Qafqazinfo" məsələylə bağlı Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinə də müraciət edib. Bildirilib ki, belə bir müraciət komitəyə daxil olmayıb. Ancaq hazırda qeyd edilən məsələ araşdırılır. Komitənin Bərdə rayonu üzrə monitorinq qrupunun üzvləri ailəyə baş çəkəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu