Azərbaycanlı yanğınsöndürən yanan evdən Türkiyə bayrağını xilas edir - VİDEO


Türkiyədə şiddətli meşə yanğınlarını söndürmək üçün köməyə göndərilən azərbaycanlı yanğınsöndürənlərdən biri alovların əhatəsində qalan kəndlərdən birində Türkiyə bayrağını xilas edib.


Türkiyə KİV-ləri bu haqda videosüjet yayımlayıb. Kadrlarda əlində Türkiyə bayrağı ilə alovların arasından çıxan yanğınsöndürənlərdən biri-Kamil Dünyamalıyev deyir: “Bayrağı yanan evdən tapdım. Ev yanırdı, içəri girdim, insan olub-olmadığını yoxlamaq üçün. İnsan yox idi, bayrağı götürdüm. Qoymarıq yana. İnsan nə qədər önəmlidirsə bayraq da o qədər önəmlidir...”

Həmin kadrları təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu