Azərbaycanlı yanğınsöndürənlər kəndlinin evini yanmaqdan son anda xilas etdi - FOTO


Türkiyənin Muğla vilayətinin Hisarönü kəndində, meşəyə yaxın ərazidə yaşayan 56 yaşlı kəndli İbrahim Pala evini yanmaqdan son anda qurtaran azərbaycanlı yanğınsöndürənlərə təşəkkür olaraq evindən Azərbaycan bayrağı asıb.


Kəndli alovun qəfildən onun evinə yaxınlaşdığını deyir: “Evimizin arxasındakı təpədə meşə yanırdı. Bu vaxt şam qozalarından birinin düşməsi nəticəsində evimizin arxa tərəfini alov bürüdü. Kəndin cavanları gəldi, kiçik su çəni ilə müdaxilə etdilər, amma nəticə vermədi. Çənin şlanqı da qısa idi. Çarəsiz durumda nə edəcəyimizi bilmədən sağa-sola qaçırdıq, bu vaxt baxdım ki, bir bölük əsgər gəlir. Azərbaycan əsgərləri imiş. Allah onlardan razı olsun. Əsgərlər çiyinlərindəki yanğınsöndürənlə evi bürüyən alovlara müdaxilə etdi, ardınca yanğınsöndürən maşın da yetişdi, alov söndürüldü. Azərbaycanlı əsgərlər müdaxilə etməsəydi evimiz indi yox idi, 40 illik əziyyətimiz yox olardı. Təkcə anbar yandı, ev yanmasın deyə əsas gücü ora yönəltdilər”.

İbrahim Pala evində həmişə Türkiyə bayrağı asdığını deyir. Bu hadisədən sonra isə minnətdarlıq əlaməti olaraq Türkiyə bayrağının yanına Azərbaycan bayrağını da asıb. Deyir ki, evini yanmaqdan xilas edən azərbaycanlı əsgərləri bir-bir qucaqlayaraq onlara minnətdarlıq edib. (Virtualaz.org)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu