“Azəri-Çıraq-Günəşli”dən SOCAR-a verilən səmt qazının həcmi artırılıb


Bu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında neft hasilatı və 3 suvurma quyusu qazılıb.


AFN xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətindən bildirilib.

Xatırladaq ki, ötən ilin eyni dövründə AÇG-də 8 hasilat quyusu qazılmışdı.

Bundan başqa, bu ilin 6 ayında yataqlardan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 milyon barel və 0,3 milyard barel çoxdur.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu