"Turkovac" vaksini "alfa" ştammına qarşı 100 faiz effektivlik göstərdi


Türkiyənin koronavirus əleyhinə "Turkovac" vaksini "alfa" ştammına qarşı 100 faiz effektivdir.


Bunu vaksin layihəsinin rəhbəri Aykut Özdarendeli deyib. O bildirib ki, "Turkovac"ın sınaqlarının son, üçüncü mərhələsi davam edir.

Onun sözlərinə görə, vaksin sınaqları çərçivəsində "alfa" ştammına qarşı tam effektivlik nümayiş etdirib. Sınaqların hazırkı mərhələsində "delta" variantı ilə bağlı araşdırmalar davam etdirilir. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu