“Novavax” COVID-19-a qarşı 96,4%-lik effektivlik göstərib
“Novavax” şirkətinin koronavirusa qarşı peyvəndi ilkin koronavirusa qarşı 96,4, Britaniya ştammına qarışı isə 86,3%-lik effektivlik göstərib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın biotexnologiya şirkətinin açıqlamasında deyilir.
“NVX CoV2373” peyvəndinin sınaqlarının üçüncü mərhələsi Böyük Britaniyada baş tutub. Tədqiqat 18-84 yaş arası 15 mindən çox iştirakçını əhatə edib, bunların 27%-i 65 yaşdan yuxarı adamlar olub.
Şirkət həmçinin xəstəliyin ağır forması hallarında preparatın 100% təsir göstərdiyini açıqlayıb.