Göyçayda güclü yanğının qarşısı alındı


Göyçay rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1190 kvadrat metr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 kvadrat metr sahədə, ətrafında 700 kvadrat metr sahədə quru ot, kol-kos və məişət tullantıları, 1 ədəd telefon dirəyi və ərazidən keçən hava telefon xətti 80 panel metr sahədə yanıb.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikilinin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu