Oğlunun yandırdığı paytaxt sakini vəfat edib


Oğlunun benzin töküb yandırdığı taksi sürücüsü vəfat edib.


AFN xəbər verir ki, bir neçə gün əvvəl Sabunçu rayonunda ata ilə oğul arasındakı mübahisə sonucda faciə ilə nəticələnib. Belə ki, qonşuların dediyinə görə, paytaxtda taksi sürücüsü işləyən Sabubçu rayon sakini Xəlilov Vəli oğlu İlyasa narkotik istifadəçilərindən uzaq durmağı məsləhət görüb. Lakin oğul bunu mübahisəyə çevirərək benzin töküb atasını yandırıb. Xəstəxanaya yerləşdirilən V.Xəlilov bir neçə gün müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb. Bu gün dünyasını dəyişən V.Xəlilovun oğlu İlyas xəstəxanaya gələrkən polis tərəfindən həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu