Türkiyədəki seldə ölənlərin sayı 27-yə çatdı


Türkiyə meşə yanğınlarından sonra indi də ciddi sel fəlakəti ilə üzləşib.


“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsi Kastamonu, Bartın və Sinopda ciddi fəsadlar törədib. Bildirilir ki, fəlakət nəticəsində həlak olanların sayı 27-ə çatıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Kastamonuda 15, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə itkin düşən 1 nəfərin axtarışları davam edir.

[media=https://www.youtube.com/watch?v=QPflC-p8hQU&feature=emb_imp_woyt]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu