Türkiyənin Əfqanıstandakı səfirliyi vətəndaşlarına müraciət edib


Türkiyənin Əfqanıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına müraciət edib.


Bu barədə səfirlik saytında məlumat yayıb.

Bildirilib ki, ölkənin böyük qismində yaranmış təhlükəsizlik problemləri ilə bağlı Əfqanıstana səyahət edən və ya bu ölkədə yaşayan Türkiyə vətəndaşlarının təcili şəkildə səfirlik, baş konsulluqlara müraciət etmələri və əlaqə məlumatlarını təqdim etmələri vacibdir.

“Vətəndaşlarımıza toqquşmaların olduğu regionlardan uzaq olmağı, təhlükəsizliklə bağlı zəruri tədbirlər görməyi tövsiyə edirik”, - müraciətdə qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu