Türkiyədə sel fəlakətində 100-dən çox insan itkin düşmüş sayılır
Türkiyənin Kastamonu vilayətindəki sel fəlakətində 100-dən çox itkinlə bağlı müraciət olub.
Bu barədə “NTV” məlumat verib.
Qeyd edək ki, sel fəlakətindən Kastamonunun 8 rayonu sel suları altında qalıb.
AFAD dağıntıya məruz qalan Kastamonu, Sinop və Bartın vilayətlərinin rayonlarında xilasetmə tədbirlərini davam etdirir.
Sel fəlakətindən Kastamonuda 25, Sionopda 2 nəfər ölüb, Bartında bir itkin axtarışdadır.