Türkiyədə sel səbəbindən 1 720 vətəndaş evakuasiya olunub


Türkiyədə sel fəlakəti nəticəsində dağıntıların yaşandığı şəhərlərdən 1 720 vətəndaş evakuasiya olunub.


Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviter səhifəsində məlumat verib.

“Bartında 323, Kastamonuda 925, Sinopda 472 vətəndaşımız helikopter və qayıqlarla təhlükəsiz bölgələrə təxliyə edilib”, - F.Altun qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sel fəlakəti yaşanan bölgələrə səfər edərək vəziyyətlə yerində tanış olacağı vurğulanıb. Bilidirilib ki, hazırda zəruri tədbirlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu