İranda COVID-19-dan ölənlərin sayı 98 mini keçib
İranda ötən sutka ərzində 655 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 98 483 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 41 194 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4 467 015 nəfərə çatıb.