Deputat İqbal Məmmədovun bələdiyyəyə borcu var: köməkçisi isə bunu "mənasız şey" adlandırır
Nizami rayonu ərazisində bir sıra məmur və tanınmış insanların bələdiyyəyə vergi borcu var. Bununla bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, onların bir qismi vergisni ödəmək niyyətində deyillər.
AFN xəbər verir ki, bununla bağlı Nizami bələdiyyəsinin vergi xidmətindən belediyye.infoya bildirilib. Bələdiyyədən bildiriblər ki, rayonun Özbəkistan küçəsi 24-e ünvanında Nəriman Məmmədovun (MM üzvü İqbal Məmmədovun atası) adına olan əmlaka görə 8.937 manat və Ə.Vəliyev küçəsi 2-e ünvanında Milli Məclis üzvü İqbal Məmmədovun adına olan əmlaka görə isə 6.248 manat borcu var.
Bələdiyyədə media vasitəsiylə bu müraciətdən sonra borcun ödənəcəyinə inanırlar.
Məsələ ilə bağlı İ.Məmmədovun mövqeyini öyrənmək üçün köməkçisi Nəriman Nərimanlının Milli Məclisin saytında yerləşdirilən +99499 730-07-30 nömrəsinə zəng etdik. Lakin təəssüflər olsun ki, N.Nərimanlı öz işinin mahiyyətindən bixəbər halda bizə "məni belə mənasız şeylərə görə narahat etməyin, mənim işim vətəndaşlara cavab verməkdir" deyərək kobudluq etdi.