30 yaşlı qadın intihar etdi
Sabirabadda iki uşaq anası olan 30 yaşlı qadın intihar edib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Dadaşbəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Nəbiyeva Nuranə Təhmiraz qızı sirkə turşusu içərək həyatına qəsd edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.