KİV: "Əşrəf Qani BƏƏ-də xəstəxanaya yerləşdirilib"


Əfqanıstanı tərk edən prezident Əşrəf Qani xəstəxanaya yerləşdirilib.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan xarici işlər nazirinin keçmiş köməkçisi məlumat yayıb.

Onun sözlərinə görə, hazırda Qani Əbu-Dabi xəstəxanalarının birində müalicə alır.

Xatırladaq ki, avqustun 15-də “Taliban” silahlıları Kabilə daxil olduqdan sonra Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə paytaxtı tərk edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu