Qarabağda itkin düşən erməni hərbçilərinin ailə üzvləri aksiya keçirir


Qarabağ savaşında itikin düşmüş erməni hərbçilərinin ailə üzvləri Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirir.


Bu dəfə onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin inzibati binasının qarşısında etiraz edirlər.

Aksiya iştirakçılarından biri jurnalistlərlə söhbətində bildirib ki, onlar itkin düşmüş yaxınlarının harada ola biləcəkləri barədə faktlar toplayırlar.

"Valideynlər Fövqəladə Hallar Xidmətinin və Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları ilə birgə axtarışlarda iştirak edir, səngərlərə girir və s. İtkin düşən 21 nəfərdən yalnız 9-nun meyiti tapılıb. Onlardan da 8-nin şəxsiyyəti müəyyənləşdirilib. Qalan bir nəfərin kim olduğu bəlli deyil” deyə aksiya iştirakçısı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu