Gürcüstanda bir aydır itkin düşən azərbaycanlılın yaxınları aksiya keçirib


Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində aksiya keçirilib.


AFN.az Report-a istinadən xəbər verir ki, yerli sakinlər bir ay bundan öncə itkin düşmüş həmkəndliləri 42 yaşlı Nazim Nəbiyevin bu günədək tapılmamasına etiraz ediblər.

Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarını fəaliyyətsizlikdə günahlandırıblar. Onların sözlərinə görə, polis axtarışları davam etdirdiyini bildirsə də, indiyədək heç bir nəticə yoxdur.

Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də Qardabani bələdiyyəsinin Qaracala kəndinə gedib. O, mal-qara almaq üçün üzərində 32 min lari pulla Kaspi rayonuna yollanmağa hazırlaşırdı. Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu