Füzulidə itkin düşən şəhid Seyfulla Tairovun nəşinin qalıqları Saatlıda dəfn edilib


Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Seyfulla Tairovun Xocavəndin Edilli kəndində aşkarlanan nəşinin qalıqları Saatlıda dəfn edilib.



APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 30 il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Tairov Seyfulla Veytulla oğlunun Edilli kəndində aşkarlanan nəşinin qalıqları Saatlı rayonuna, doğulduğu Cəfərxan kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub.

Daha sonra şəhidin qalıqları Saatlı rayonunun Şirinbəy kənd məzarlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələrinin üzvləri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu