Birinci Qarabağ müharibəsində itkin düşmüş Əsəd Məmmədovun nəşinin qalıqları Ağstafaya gətirilib -
![](/uploads/posts/2023-09/1694431901_1694431223_621c865b-7862-3d9b-80a1-2bb5dee0c9a1_850.jpg)
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kür-Mahmudlu kənd istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş və bir müddət əvvəl qalıqları aşkarlanan şəhid Məmmədov Əsəd Məmməd oğlunun nəşi Ağstafa rayon Eynallı kəndinə gətirilib.
AFN.az report-a istinadən xəbər verir ki, şəhidin yaxınlarının yaşadığı kənddə birazdan vida mərasimi başlayacaq.
Mərasimdə Ağstafa rayon icra hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edir.
Vida mərasimi başa çatdıqdan sonra şəhidimiz Eynallı kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı il Ağstafa rayon Eynallı kəndində anadan olub. O, 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürd-Mahmudlu kəndində gedən döyüşlər zamanı itkin düşüb. Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda aşkarlanan meytin qalıqlarından birinin ona məxsus olduğu məlum olub.