Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı tarix dəqiqləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiq ediləcəyi vaxt bəlli olub.
Bu barədə AFFA-nın İcraiyyə Komitəsi qərar çıxarıb.
Qərara əsasən, Premyer Liqada VAR-la bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılacaq. 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulur.
Sentyabrın 1-dən isə Premyer Liqa hakimləri ilə əlaqədar “Peşəkar hakim” sistemi tətbiq olunacaq.