Sərxan Hacıyev: "Elmar müəllim nəyisə səhv başa düşüb"
“Bu gün keçirilən iclasda bir çox məsələlər müzakirə olundu. Əsas da I və II Divizionla bağlı oldu”.
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarovdan fərqli olaraq, baş katib Premyer Liqada komanda sayının artırılmadığını bildirib: “Xeyr, Premyer Liqada komanda sayı artırılmayıb. Bu məsələ əvvəldən də nəzərdə tutulmamışdı, gündəmdə də yox idi. Ola bilər, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. “Şamaxı” sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. “Araz Naxçıvan” isə Premyer Liqada mübarizə aparacaq”.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov bugünkü iclasdan sonra jurnalistlərə açqlamasında yeni mövsümdən Misli Premyer Liqasında 12 komandanın mübarizə aparacağını bildirmişdi.