Naxçıvandan Türkiyəyə narkotik keçirmək istədi


Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə gedən həmin ölkənin vətəndaşının idarə etdiyi 34DZ1302/34EHJ815 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsindən AFN-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 191 litrə qədər maye halında psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə (qaçaqmalçılıq) cinayət işi açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu