Türkiyədə “Delta” ştamı ilə yoluxmalar 90%-i ötüb


“Hazırda Türkiyədə koronavirusun “Delta” ştamı ilə yoluxma halları 90%-i ötüb”.


Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkənin Nazirlər Kabinetinin avqustun 19-da keçirilən iclası zamanı deyib.

O, həmçinin ölkədə koronavirusun “Delta plus” ştamının da getdikcə artdığını vurğulayıb.

Nazir ölkədə yoluxma hallarının artma səbəbini də izah edib. Belə ki, F.Kocanın sözlərinə görə, əhali arasında hərəkətlilik çox artıb və vətəndaşlar koronavirusla mübarizə ilə bağlı görülən tədbirlərə əməl etməməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu