Yediyimiz bu qidanın hər qramı ömrümüzdən 27 saniyə alır - ARAŞDIRMA


Amerikalı elm adamları hansı qidanın insan ömrünü nə qədər azaldıb, nə qədər artırdığını hesablayıblar.


“Ölkə.Az” “The Telegraph”a istinadən xəbər verir ki, Miçiqan Universitetinin alimləri qidaların insan ömrünə təsirlərini araşdırması zamanı çox maraqlı nəticə ortaya çıxıb. Belə ki, mütəxəssislər hansı qidanın insan ömrünü nə qədər qısaltdığını və ya uzatdığını hesablaya biliblər. Bu məqsədlə mütəxəssislər altı mindən çox yemək və məhsul növünü qiymətləndirdikləri standart bir hesablama sistemi yaradıblar. Məsələn, yediyi hər qram kolbasa insan ömründən 27 saniyə alır. Hot-doq, kola, qırmız ət yeməkləri insan ömrünü qısaldan qidalar sırasında yer alıb.

Qoz, fındıq, paxlalılar, meyvələr, tərəvəzlər, balıq, bitki tərkibli qidlar ömür uzadan qidalar siyahısında yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu