Türkiyə XİN başçısı: “Krım Ukraynadır!”


“Krım Ukraynadır!” Bunu Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Krım platforması” zirvəsində çıxışı zamanı deyib.


Nazir ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib. M.Çavuşoğlu beynəlxalq ictimaiyyətə birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı çağırış edib.

“Krım platforması”nın Krımın və Krım tatarlarının hüquqlarının müdafiəsində əhəmiyyətli rol oynayacağına inanırıq”, - deyə XİN başçısı vurğulayıb.

O, Türkiyədə çox sayda Krım tatarının yaşadığını da xatırladıb. Türkiyəli nazir vurğulayıb ki, tatarlar tarixlərindəki bütün çətinliklərdən sonra ayağa qalxmağı bacarmış millətdir.

M Çavuşoğlu Ukrayna Prezidenti Vladimir Zelenskiyə parlamentarilərlə birlikdə Krım tatarlarının Ukraynanın yerli xalqı kimi tanınmasında göstərdiyi səylər üçün də təşəkkür edib.

XİN başçısı onu da qeyd edib ki, BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar bu məsələnin həllində yaxşı şəkildə təşkilatlanmayıb: “Sülh və diplomatik danışıqlar tək yoldur. Bunun üçün isə təbii ki, effektiv koordinasiya lazımdır. Bu platformanın dayanıqlı sülhə nail olmaq üçün əhəmiyyətli başlanğıc olacağına ümid edirik”.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu