Ərdoğan Zelenski ilə görüşdə Krımın “qanunsuz ilhaqını” xatırlatdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə İstanbulda keçirilən görüşündə belə bəyan edib.
"Türkiyə, Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü və ölkənin siyasi birliyini dəstəkləməyə davam edəcək”, - Ərdoğan deyib. O, Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcəyinə də söz verib. Türkiyə bu danışıqlarda Ukraynanı inkişaf etmiş bir tərəfdaş kimi tanıyıb və NATO-ya üzv olmaq istəyini dəstəkləyib. Tərəflər müdafiə sahəsində müqavilələr imzalayıblar.
Ərdoğan və Zelenski "Qara dəniz bölgəsində sülhü, təhlükəsizliyi və sabitliyi gücləndirmək üçün qüvvələrin birləşdirilməsinin vacibliyini" də bildiriblər.
Türkiyə və Ukrayna ikitərəfli ticarət həcmini hər iki tərəfdən investisiya axınını 10 milyard dollara qədər artırmaq haqda razılığa gəliblər.(Qaynarinfo)