İran prezidenti rəqibini özünə müavin təyin edib


İran prezidenti Seyid İbrahim Rəisi prezidentliyə sabiq namizəd, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sabiq komandiri Möhsin Rzayi Qaidi özünə iqtisadi məsələlər üzrə müavin təyin edib.


APA-nın məlumatına görə, M.Rzayi həm də hökumətin İqtisadi Qərargahının katibi vəzifəsinə təyin olunub.

M.Rzayi 16 il müddətinə SEPAH komandiri və daha sonra İranın Məsləhət Şurasının katibi vəzifələrində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu