Şabranın bu küçəsinə təcili yardım maşını da gələ bilmir - VİDEO+FOTOLAR


Şabran rayonu, 3 sotlar qəsəbəsinin, Babək küçəsinin sakinlər küçələrinin yolunun bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkir.


Sakinlərin AFN-ə verdiyi məlumata görə, küçəyə asfalt çəkilmədiyindən və yol bərbad gündə olduğundan payızda, qışda yağış yağanda buradan keçmək çox müşkülə çevrilir, insanlar çox əziyyət çəkir: "Hətta təcili yardım maşını, taksi sürücüləri belə yol kələ-kötür olduğundan bu küşəyə gəlməkdən imtina edirlər, küçənin başından dönürlər. Nəticədə biz çox vaxt yüklərimizi uzaq məsafədən əllə daşımalı oluruq. Neçə illərdir bu vəziyyətdə yaşayırıq, deyirik, amma yolumuzu düzəltmirlər. Problemlə bağlı sakinlər bir neçə dəfə Şabran icra hakimiyyətinin məsul şəxslərinə müraciət etsək də, ya deyiblər büdcədə pul yoxdur, ya da başqa bəhanələrlə yola veriblər".














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu