İrandan Qafan-Gorus yolunun bağlanmasına münasibət


“Tehran ümid edir ki, Azərbaycan və Ermənistan arasında sərhədin ümumi demarkasiyası ilə bağlı fikir ayrılığı sülh mühitində həll olunacaq”.


Erməni KİV-i xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

“İran Zəngəzurda sərhəd hissələrdə, xüsusilə də Qafan-Gorus yolunda son günlər baş verən mübahisələrin həll olunacağına ümid edir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb.

Bu məsələ iki gündür Ermənistanda əsas müzakirə mövzusuna çevrilib və yolun açılması üçün Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqların getdiyi deyilir. Azərbaycan tərəfi isə hələlik baş verənləri şərh etmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu