Gorus-Qafan yolu açıldı


Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolu açılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Sünik (Zəngəzur) bölgəsinin qubernator müavini Narek Babayan feysbuk səhifəsində yazıb.

“Armdaily”nin məlumatına görə, Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərti irəli sürüb.

Qeyd edək ki, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu