Koronavirusa yoluxan gənc jurnalist vəfat etdi
Azərbaycanda gənc jurnalist koronavirusdan vəfat edib.
Bir müddət öncə “COVID-19” virusuna yoluxan 32 yaşlı Oğuz Altay bu gün dünyasını dəyişib.
Ailəsi jurnalistin vəfatı xəbərini təsdiqləyib.
Qeyd edək ki, O. Altay 10 gün öncə sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edərək insanları ehtiyatlı olmağa çağırıb: “Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.
O.Altay azvision.az və femida.az saytlarının əməkdaşı olub.