Döyüş təyyarələrimiz təlim üçün Türkiyəyə yola düşdü


Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.


Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.

Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu