Türkiyə özünün milli qırıcı təyyarəsini istehsal edəcək

“Yaxın gələcəkdə milli qırıcı təyyarəmizi istehsal edəcəyik”.
AFN Türkiyə mediasına istinadən xəbər verir ki, bunu qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, sursatı, helikopteri, PUA-ları özləri istehsal, emal və ixrac edirlər: "Yaxın gələcəkdə milli qırıcı təyyarəmizi də istehsal edəcəyik və hər hansı şəkildə xaricdən asılılıqdan qurtulacağıq. Yüksək texnologiyaya söykənən müdafiə sənayemizdə yerlilik və millilik səviyyəmizi daha da yüksəldərək millətimizin təhlükəsizliyini öz silah-sursatımızla qoruyacaq hala gələcəyik”.