Emin Əmrullayev: “Müəllim və tələbələrə vaksinasiya məsələsində güzəşt olmayacaq”


“Çox sayda müəllim var ki, koronavirus əleyhinə vaksinasiyadan imtina edir”.


Bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, tibbi və sağlamlıq baxımından vaksinasiya vacibdir.

Nazir qeyd edib ki, 18 yaşdan yuxarı tələbələr, habelə təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstərişlə bağlı sənəd təqdim etməlidir: “Bu barədə güzəşt olmayacaq. Bu, müəllimlərə də aiddir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu