Türkiyənin ticarət naziri Azərbaycana gəlib


Türkiyənin ticarət naziri Mehmet Muş Azərbaycana səfərə gəlib.


Səfərdə məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin Bakıda keçirilən 10-cu görüşündə iştirak etməkdir.

M.Muş tədbir çərçivəsində “Qarabağın quruculuğu və inkişafı” mövzusunda foruma qatılacaq.

Türkiyənin ticarət nazirinin Azərbaycan rəhbərliyi ilə ikitərəfli görüşləri də planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu