Qubada 19 yaşlı ana üçəm dünyaya gətirdi


Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.


AFN xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Şabran rayon sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlandır (1,4 kq). Hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır.

Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu