Sülhməramlıların qalma müddəti uzadılacaq – Rüstəm Muradov


Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rus sülhməramlılarının bu bölgədəki işini müsbət qiymətləndirib.


Bu barədə o, Mahaçqalada "Vətən Qəhrəmanlarının saatı” ümumrusiya vətənpərvərlik aksiyasının iştirakçıları ilə görüş zamanı TASS-a bildirib.

"Mən Rusiya Federasiyası sülhməramlı missiyasının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Qiymətləndirməni bizə mülki əhali verir – bu gün Qarabağda həyat tam sürətlə gedir. Əlbəttə, çox çətin məsələlər var, amma proses gedir - insanların geri qayıtması, bir sıra problemli məsələlərin həlli. Ona görə də hər şeyin yaxşı olacağını düşünürəm”, - Muradov deyib.

O əlavə edib ki, Rusiya sülhməramlıları baş vermiş münaqişədən sonrakı 5 il Qarabağ ərazisində qalacaqlar: "İlk beş il - üç dövlətin başçıları tərəfindən imzalanan müqaviləyə əsasən. Sonra Rusiya sülhməramlı kontingentinin qalma müddətinin daha da uzadılması ilə bağlı qərar qəbul olunacaq”, - deyə TASS-ın həmsöhbəti əlavə edib.

Qeyd edək ki, Rüstəm Muradov Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdakı komandanı vəzifəsində missiyasını sentyabrın 6-da başa vurub. General-mayor Mixail Kosobokov Rusiyanın bölgədəki sülhməramlı missiyasının komandanı təyin edilib.(teleqraf.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu