Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu


Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə yeni komandan təyin olunub.


“Sputnik Ermənistan” xəbər verir ki, həmin şəxs general-mayor Andrey Volkovdur.

A.Volkov hazırda Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir.

O, 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına qədər general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında sülhməramlıların komandanının müavini olub.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov olub və onun missiyası 2021-ci ilin sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov, sentyabrın 25-i isə sonuncunun yerinə general-leytenant Gennadiy Anaşkin gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu