Erməni müğənni Azərbaycan mahnısı ilə qazandığı gəliri itirdi - VİDEO


Bir müddət əvvəl Xalq artisti Röya Ayxanın ifa etdiyi “Bəlkə də” mahnısı Ermənistandan olan müğənni Sargis Abrahamyan tərəfindən ifa olunub.


Vətən müharibəsi dövründə erməni müğənninin oxuduğu mahnının bəstəkarı Pərviz Mahmudov müəllif hüquqları onda olduğu üçün sözügedən klip və ifanı yutubda bloklamağa nail olub. Buna baxmayaraq, oğurluq mahnı bir neçə hesabda yenidən paylaşılıb, bir illik fasilədən sonra isə Abrahamyanın yutub səhifəsində aktivləşib.

P. Mahmudov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, növbəti addım ataraq həmin paylaşımdan əldə olunan gəliri öz hesabına köçürməyi bacarıb.

“Vətən müharibəsi zamanı bu mahnının erməni ifaçı tərəfindən oxunduğunu gördük. Daha sonra Türkiyədə əməkdaşlıq etdiyim “Mesam” şirkətinə müraciət etdim. Bütün digital platformalardan sildirdik. Lakin başqa hesablardan yayımlandı. Mahnının lisenziyası məndə olduğu üçün tam haqq tələbi göndərdim. Bundan sonra o hesabda həmin mahnı üçün toplanan baxışdan əldə olunan gəlir mənim hesabıma oturulacaq”,- deyə bəstəkar əlavə edib.

Qeyd edək ki, “Bəlkə də” mahnısı 2008-ci ildə yazılıb və 2009-cu ildə Xalq artisti Röya Ayxan tərəfindən ifa edilib. Bəstə 2010-cu ildə Türkiyədə yenidən aranjeman olunub, müğənninin ifasında bir daha səsləndirilib və milyon baxışı keçən ilk estrada mahnısı kimi qeydə alınıb.

Bəstənin sözləri isə Leyli İsrafilovaya məxsusdur.



[media=https://www.youtube.com/watch?v=0FGZZSJBI-4&feature=emb_imp_woyt]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu