Erməniləri təşvişə salan lövhə - FOTO
Zəngəzur vilayətində Gorus-Qafan avtomobil yolunda yeni lövhə quraşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı erməni KİV-i yayıb.
Bildirilir ki, üzərində “Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazılan lövhə Şurnux yaşayış məntəqəsi ərazisində quraşdırılıb.
Qeyd edək ki, bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları Gorus-Qafan yolu üzərində qurulan postda İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət edir. Bu isə ermənilər arasında təşvişə səbəb olub.