Sərhəddəki bu lövhə erməniləri təşvişə salıb - FOTOLAR


Ermənistan- Azərbaycan sərhədində Gorus-Qafan yolunda yerləşdirilmiş “Azərbaycana xoş gəlmisiniz” yazılı lövhə yerli erməni sakinlərini təşvişə salıb.



Bu barədə Ermənistanın ombudsmanı Arman Totoyan öz feysbuk hesabında bildirib.

Totoyan qeyd edib ki, son günlər bu barədə yerli sakinlərdən çoxlu şikayət daxil olub. Ombudsmanın sözlərinə görə, sakinlər hər gün sözügedən lövhəni görməyə məcbur olduqlarını və bunun onlarda qorxu və təşvişə səbəb olduğunu bildiriblər.(Qafqazinfo)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu