Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb


Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.

Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır: "O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu