Çempionlar Liqası: "Beşiktaş" evdə, "Şaxtyor" səfərdə məğlub olub


UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyun gününə start verilib.


Türkiyədə "Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 20-ci dəqiqədə Cud Bellingem açıb. 45+3-cü dəqiqədə isə Erlinq Holann fərqi artırıb. Meydan sahiblərinin təsəlli qolunu 90+4-cü dəqiqədə Fransisko Montero vurub.

Moldova təmsilçisi "Şerif" isə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşmada sensasion qələbəyə imza atıb. İlk qolu Adama Traore 16-cı dəqiqədə vurub. 62-ci dəqiqədə isə Momo Yansane yekun nəticəni müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, turun son 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu