Pandemiyanın təhsilə mənfi təsirini azaltmaq üçün yeni layihə hazırlanıb


Təhsil Nazirliyi COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi" adlı yeni layihə hazırlayıb.


Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə şagirdlərin öyrənmə ehtiyacları yerlərdə müəyyən ediləcək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafı təmin ediləcək.

R.Əzizov bildirib ki, 6 rayonda ümumilikdə 18 məktəbin, təxminən, 1300 şagirdinə öyrənmə ehtiyaclarına uyğun dəstək göstəriləcək.

O qeyd edib ki, şagirdlər üçün dəstək proqramı hazırlanacaq və sağlamlıq imkanları məhdud olan uşaqlar da nəzərə alınmaqla dəstək proqramı həyata keçiriləcək: "6 rayon üzrə peşəkar inkişafın təkmilləşdirilməsinə ehtiyac duyulan 75 müəllimə fərdi məsləhət xidməti göstəriləcək. Öyrənmə ehtiyaclarına uyğun dəstək göstərilən şagird qruplarında real prosesə cəlb olunaraq müəllimlərin praktik bacarıqları yüksəldiləcək, onların peşəkar inkişafının təkmilləşdirilməsi istiqamətində məktəb əsaslı fərdi mentorluq dəstəyi təmin ediləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu